Peskov NATO-nun nə üçün yaradıldığını izah edib

Peskov NATO-nun nə üçün yaradıldığını izah edib backend

“NATO Rusiyanı düşmən hesab edir və ölkəylə qarşıdurma yaradan, onu nəzarətdə saxlayan bir vasitə kimi yaradılıb”.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu fikirləri Kremlin sözçüsü Dmitri Peskov səsləndirib.

NATO-nun baş katibi Yens Stoltenberq daha əvvəl qeyd edib ki, bu gün Alyansın əsas vəzifəsi Rusiya ilə hərbi eskalasiyanın qarşısını almaqdır. Onun sözlərinə görə, Ukraynadakı münaqişənin Alyansla Rusiya Federasiyası arasında genişmiqyaslı müharibəyə çevrilməsinə yol vermək olmaz.

Eyni zamanda o, əlavə edib ki, NATO Rusiyaya Alyans dövlətlərinin ərazisinin hər santimetrini müdafiə etməyə hazır olması barədə aydın siqnal göndərir. Bu məqsədlə və münaqişənin qarşısını almaq üçün Blok şərq cinahında mövcudluğunu artırıb.

QAZİLER.AZ

Diaspora