Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın HƏMAS-ın liderləri ilə danışıqlar aparıb.
“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki,Türkiyə girovların azad edilməsi üçün HƏMAS-a bir sıra ölkələrin təkliflərini göndərib.
Qeyd edilib ki, Ankaranın tələbi HƏMAS-ın Qəzzadakı hərbi qanadına daxili rabitə kanalları vasitəsilə çatdırılıb və azad ediləcək girovlar arasında həm İsrail, həm də üçüncü ölkə vətəndaşlarının olacağına zəmanət verilib: “Altı həftə ərzində İbrahim Kalın HƏMAS ilə dörd görüş keçirib: Dohada, ikisi Ankarada və biri İstanbulda. Bu görüşlər zamanı HƏMAS-dan ilk addım olaraq girovları azad etməsi istənilib”.