Ağ Ev Ukraynaya yardımda çevik olmadığını etiraf edib

Ağ Ev Ukraynaya yardımda çevik olmadığını etiraf edib backend

“Amerika hökumətinin Ukraynaya maliyyə dəstəyi hazırda kritik məqamdadır”.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı bildirib.

Onun sözlərinə görə, indi Vaşinqtonun əvvəllər olduğu kimi Kiyevi maliyyələşdirmək üçün daha çevikliyi yoxdur. Bununla əlaqədar olaraq, ABŞ Ukraynaya əhəmiyyətli dərəcədə kiçik artımla yardım paketləri ayırmağa başlayıb.

"Kritik məqam yaranıb", - Kirbi vurğulayıb.

O, həmçinin qeyd edib ki, Amerika hökuməti hazırda ABŞ Konqresinin büdcədən əlavə vəsaitin ayrılması ilə bağlı qərarını gözləyir. Bura Kiyevə davamlı dəstək də daxildir.

QAZİLER.AZ

Diaspora