"Ağdərə rayonuna verilən bəzi kəndlərin adlarının dəyişdirilməsi sevindirici haldır, digər rayonlarda da belə kəndlər var ki, adları dəyişdirilsə, yaxşı olar”.
Apa xəbər verir ki, bunu parlamentin Regional məsələlər komitəsinin bu keçirilən iclasında deputat Aqil Məmmədov deyib.
Deputat Tərtər və Kəlbəcər rayonlarının ümumilikdə iki kəndinin adının dəyişdirilməsini təklif edib: “Xüsusilə, iki kənd var ki, onların adlarına da baxılmalıdır. Bunlar Kəlbəcərin Zardaxaç və Tərtər rayonunun Kasapet kəndləridir. Düşünürəm ki, bunların adlarına yenidən baxılmalıdır. Onların adları niyə belə qalıb bilmirəm".
Komitə sədri Siyavuş Novruzov isə bildirib ki, bununla bağlı qanun layihəsi daxil olarsa, ona da baxılar.