BMT-nin baş katibi mədən yanacağı dövrünə son qoymağa çağırıb

BMT-nin baş katibi mədən yanacağı dövrünə son qoymağa çağırıb backend

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş gələn həftə Birləşmiş Ərəb Əmirliklərində qurumun İqlim Sammitində (COP28) iştirak edəcək ölkələrin liderlərinə qlobal temperaturun artımını 1,5 dərəcə selsiyədək məhdudlaşdırmaq üçün tədbirlər görməyə çağırıb.

QAZİLER.AZ  Trend-ə istinadla xəbər verir ki, Antarktikada dəniz buzunun sahəsi rekord dərəcədə azalıb. Son məlumatlara görə, 2023-cü ilin sentyabrında o, orta sentyabr göstəricilərindən 1,5 milyon kvadratkilometr kiçik olub. Bu, Portuqaliya, İspaniya, Fransa və Almaniyanın birlikdə ərazisinə bərabərdir.

Baş katib xatırladıb ki, Antarktidanı “yatmış nəhəng” adlandırırlar, lakin indi iqlim böhranı ilə əlaqədar o, “ayıla bilər”.

“Antarktidada baş verənlər Antarktidada qalmayacaq. Yüz mil uzaqda baş verənlər buraya bilavasitə öz təsirini göstərir”, - deyə Quterreş əlavə edib.

 

 

Diaspora