Girovların dəyişdirilməsi üçün Netanyahuya kim təzyiq edib?

Girovların dəyişdirilməsi üçün Netanyahuya kim təzyiq edib? backend

İsrail hakimiyyəti ABŞ prezidenti Co Baydenin İsrailin baş naziri Benyamin Netanyahuya təzyiqindən sonra Fələstinin HƏMAS qrupu ilə girovların mübadiləsi və döyüş əməliyyatlarının dayandırılması barədə razılığa gəlib.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə NBC telekanalı adı açıqlanmayan İsrail rəsmisinə istinadən məlumat yayıb.

“Baydenin təzyiqi olmasaydı, İsrailin HƏMAS ilə yekun razılaşması Netanyahu tərəfindən təsdiqlənməzdi”, - məlumatda bildirilib.

Əldə olunan razılaşmanın İsrailin baş nazirinin deyil, Baydenin razılaşması olduğuna inanıldığı vurğulanıb.

Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsi Qəzza zolağından girov götürülən 24 nəfərdən ibarət qrupun uğurla azad edildiyini təsdiqləyib.

QAZİLER.AZ

Diaspora