Moldova Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulub

Moldova Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulub backend

Moldova Aİ Şurasının Rusiyaya qarşı fərdi sanksiyalarını dəstəkləyib və ona qoşulub.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin rəhbəri Nikolay Popesku deyib.

Müvafiq sərəncamı respublikanın baş nazirinin müavini Andrey Spınu imzalayıb.

Agentliyin məlumatına görə, bu qərar Avropa Komissiyasının Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanması ilə bağlı hesabatında Kişinyovu Rusiya Federasiyasına qarşı bir sıra Avropa sanksiyalarına qoşulmağa çağırması ilə əlaqədar qəbul edilib.

QAZİLER.AZ

Diaspora