Qazaxıstan Ermənistana silah satmaqdan İMTİNA EDİB

Qazaxıstan Ermənistana silah satmaqdan İMTİNA EDİB backend

“Qazaxıstan Ermənistana hərbi texnika tədarük etməyi planlaşdırmır”.

Qaziler.az bildirir ki, bu barədə “stopfake.kz” portalı ölkənin Müdafiə Nazirliyinə istinadla yazıb.

Departament bəyan edib ki, Astana 2022-ci ildən silah və hərbi texnikanın ixracına qadağaya riayət edir, vətəndaşları və medianı yalnız etibarlı mənbələrə etibar etməyə çağırıb.

“Qazaxıstan silahlarının Ermənistan Respublikasına tədarükü ilə bağlı yayılan məlumatlar reallığa uyğun gəlmir”, - mesajda deyilib.

Qeyd edək ki, politoloq Sergey Markov bildirib ki, Rusiya uzun illər Ermənistana pulsuz silah verib. Lakin İrəvan anti-Rusiya mövqeyi tutaraq Hindistandan silah almağa başlayandan sonra Moskva buna şübhə ilə yanaşaraq Ermənistandan pul alıb. 

QAZİLER.AZ

Diaspora