ABŞ-ın Venesuela neftinə tətbiq etdiyi sanksiyaların altı aylıq dayandırılması bu bazarda ən böyük müştəriləri olan müstəqil Çin neftayırma zavodlarından alışların kəsilməsinə səbəb olub.
Qaziler.az bildirir ki, bu barədə “Reuters” mənbələrə istinadən xəbər verir.
İndi onlar satıcılarla qiymətləri müzakirə etməyə çalışırlar.
“Venesuelanın ağır xam neftindən hazırlanan asfalta olan zəif mövsümi tələb fonunda Çin alışları da yavaşlayıb. Çindəki müstəqil neft emalı zavodları neft alışının beşdə birini və asfalt istehsalının yarıdan çoxunu təşkil edir. Xammal üçün onlar əsasən Venesuelanın, o cümlədən İran və Rusiyanın sanksiyalar tətbiq edilmiş neftinə güvənirlər”, - material qeyd edir.
QAZİLER.AZ