“NATO Rusiya ilə onun təbii sərvətlərini əldə etmək üçün müharibəyə can atır”.
Qaziler.az xəbər verir ki, bu sözlər hərbi ekspert Yuriy Knutovun “NEWS.ru”ya müsahibəsində yer alıb. Onun sözlərinə görə, Alyans Ukraynadakı münaqişə ilə əlaqədar sanksiyalar tətbiq etməklə həmin sərvətlərin bir hissəsini almağa ümid edirdi, lakin bu planlar iflasa uğrayıb.
Ekspert 2000-ci illərin əvvəllərində iri milli korporasiyaların dərc etdiyi hesabatı xatırladıb. Ona görə 2030-cu ildən sonra nisbətən ucuz təbii ehtiyatların qalacağı yeganə ölkə Rusiya olacaq. O qeyd edib ki, hazırda onlar üçün mübarizə gedir.
Rusiya ucuz xammal mənbəyi kimi lazımdır. Hesablama belə idi ki, sanksiyalar və Ukrayna münaqişəsi səbəbindən Rusiyada çevriliş olacaq. O, nüvə silahlarını Beynəlxalq Atom Enerjisi Agentliyinin, əslində isə ABŞ-nin nəzarəti altına verməyə məcbur olacaq və təbii ehtiyatlar Ukraynanın dəstəyi ilə çəkdiyi xərclər və itkilərin əvəzi kimi bu və ya digər ölkəyə veriləcək”, - Knutov izah edib. .
QAZİLER.AZ