Niderlandda “exit-poll”un nəticələrinə əsasən, parlament seçkilərini qazanan ifrat sağçı Gert Vildersin Rusiyanın NATO-dakı ən mühüm müttəfiqlərindən birinə çevrilə bilər.
Qaziler.az xəbər verir ki, bunu alman jurnalist Julian Roepke “Twitter” (X) sosial şəbəkəsindəki səhifəsində bildirib. O, 2018-ci ildə Moskvaya səfər etmiş siyasətçinin fotosunu dərc edib. Jurnalistin fikrincə, indiki vəziyyətdə Rusiya prezidenti Vladimir Putinin yalnız arxasına yaslanması lazımdır.
“Niderlanda hökumətinin yeni rəhbəri Gert Vilders... Daha bir NATO dövləti Rusiyaya verilir. Putin sadəcə əllərini sallayaraq oturub Ukraynaya dəstəyin getdikcə dağıldığını izləməlidir”, - deyə jurnalist yazıb.
QAZİLER.AZ