Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Avropa İttifaqının Ukraynaya kömək strategiyası iflasa uğrayıb, ona görə də alyans ehtiyat fəaliyyət planına keçməlidir.
Qaziler.az bildirir ki, bu barədə TASS “Die Weltwoche” nəşrinə istinadən xəbər verir.
Onun sözlərinə görə, Macarıstan əvvəldən Rusiya hakimiyyətinin hərəkətlərinə qarşı çıxıb, lakin digər Qərb ölkələrinin ona reaksiyası düzgün olmayıb.
Orban Aİ-nin ümumi strategiyası olmadığı halda Kiyevə edilən bütün yardımları əngəlləməklə hədələyir
“Bizim strategiyamız nə idi? Ukraynalılar cəbhədə döyüşüb qalib gəlir, ruslar isə döyüş meydanında uduzurlar. Reallıq nədir? Ukraynalılar döyüşür və ölürlər. Nəyə gəldik? Rusiya uduzmayacaq və onun siyasətində heç nə dəyişməyəcək. Ona görə də biz reallıqla üzləşməliyik. Biz B planına keçməliyik”, - Orban deyib.
QAZİLER.AZ