“İsrail beynəlxalq ictimaiyyəti Qəzza zolağına humanitar yardım göstərmək imkanından məhrum edir”.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib. O, əlavə edib ki, fələstinlilərin üzləşdiyi fəlakətlərin ən pis proqnozları gerçəkləşir.
“Fələstinlilərin gözümüzün qabağında, sözün əsl mənasında fəlakətlərlə bağlı ən pis proqnozlar gerçəkləşir. Bütün bunlarla İsrail beynəlxalq ictimaiyyəti, o cümlədən Rusiyanı qəzzalılara lazımi humanitar yardım göstərmək imkanından məhrum edir”, - Nebenzya bildirib.
QAZİLER.AZ