Ukrayna rəhbərliyi dəfələrlə Rusiya prezidenti Vladimir Putinin həyatına şifahi qəsdlər edib.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalist Pavel Zarubinə müsahibəsində deyib.
Bununla belə, siyasətçi qeyd edib ki, Kiyevdə heç nə alınmayacaq.
“Yadınızdadırsa, Putinə dəfələrlə Ukraynadan müxtəlif səviyyələrdə şifahi hücumlar olub. Biz bunu yaxşı bilirik. Onlarda heç alınmayacaq”, - Peskov deyib.
QAZİLER.AZ