Ukrayna və İsrail ətrafında münaqişələr gələcəkdə dünya üçün böyük irəliləyişlə nəticələnəcək.
QAZİLER.AZ APA-ya istinadən xəbər verir ki, bu fikri ABŞ prezidenti Co Bayden “Washington Post“ qəzetinə yazdığı məqalədə bildirib.
“Tariximiz boyu öyrəndiyimiz dərsi heç vaxt unutmamalıyıq: böyük faciələr və sarsıntılar dünyanı və ABŞ-ı daha təhlükəsiz edən böyük tərəqqiyə səbəb ola bilər. Bu mənim administrasiyamın Yaxın Şərqdə, Avropada və bütün dünyada davam etdirəcəyi strategiyadır” – o deyib.
Amerika lideri bir daha vurğulayıb ki, o, Kiyev və Təl-Əvivə hərbi yardımı ABŞ-ın təhlükəsizliyi ilə bağlı ağlabatan sərmayə hesab edir. O, oktyabrın 20-də oxşar bəyanatla çıxış edərək, Vaşinqtonun kritik tərəfdaşlarına bu cür dəstəyin gələcək nəsillər üçün dividentlər verəcəyini izah edib.