Almaniyanın hakim koalisiyasının reytinqi aşağı düşməkdə davam edir

Almaniyanın hakim koalisiyasının reytinqi aşağı düşməkdə davam edir backend

Almaniya vətəndaşlarının təxminən 35%-i Almaniyanın hakim “Svetofor” koalisiyasına (Sosial Demokrat Partiyası, Yaşıllar və Azad Demokrat Partiyası) daxil olan partiyalara səs verməyə hazırdır.

QAZİLER.AZ  APA-ya istinadən xəbər verir ki, bu barədə Bild qəzeti INSA-nın sorğusunun nəticələrinə görə məlumat yayıb.

Araşdırmaya görə, respondentlərin 16%-i Sosial Demokrat Partiyasına, 13%-i isə Yaşıllara səs verməyə hazırdır. Seçki olacağı təqdirdə respondentlərin 6%-i Azad Demokrat Partiyasına səs verəcəkdi. Statistik məlumatlara əsasən, partiyanın ümumi populyarlıq reytinqi 2021-ci ildə keçirilən son Bundestaq seçkilərində olduğundan aşağıdır.

Araşdırmadan göründüyü kimi, Almaniyada ən populyar siyasi partiya Xristian Demokratik İttifaqı və Xristian Sosial İttifaqının müxalifət bloku olaraq qalır və respondentlərin 30%-i bunu dəstəkləyir. Sonrakı yerdə 21% səslə “Almaniya üçün Alternativ” gəlir.

 

 

 

Diaspora