Argentinada prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 15:00-da) açılacaq və saat 18:00-a qədər (Bakı vaxtı ilə 01:00-dək) açıq qalacaq.
Ən yüksək dövlət postu uğrunda beş namizəd yarışır. Əsas mübarizə hakim “Vətən naminə birlik” koalisiyasından namizədliyi irəli sürülmüş iqtisadiyyat naziri Serxio Massa, müxalifətin ən böyük koalisiyası “Dəyişiklik naminə birlikdə”ni təmsil edən keçmiş təhlükəsizlik naziri Patrisiya Bullriç və “Azadlıq gəlir” alyansına daxil Libertarian Partiyasının sədri deputat Xavyer Miley arasında gedəcək. Bundan başqa, prezident postu uğrunda Kordoba əyalətinin qubernatoru Xuan Skyaretti və “Sol və İşçilər Cəbhəsi” koalisiyasını təmsil edən deputat Miriam Breqman mübarizə aparır.
Dəstək reytinqi 20 %-dən də aşağı düşmüş hazırkı dövlət başçısı Alberto Fernandes hələ aprel ayında konstitusiya ona icazə versə də, yeni müddətə namizəd olmayacağını açıqlamışdı.
Seçkilər koronavirus pandemiyası və Argentina tarixindəki ən pis quraqlıqlardan biri fonunda pisləşən iqtisadi böhran şəraitində keçirilir. İlin sonunda ölkədə inflyasiyanın azı 100 % olacağı gözlənilir. Ölkədə yoxsulluğun səviyyəsi 40 faizdir.
Səsvermə 16 yaşdan yuxarı bütün Argentina vətəndaşları üçün məcburidir. İlkin nəticələr həmin gün axşam elan olunacaq.