O vaxta qədər Zelenski olmayacaq, Rusiya qalib gələcək - ABŞ kəşfiyyatçısı

O vaxta qədər Zelenski olmayacaq, Rusiya qalib gələcək - ABŞ kəşfiyyatçısı backend

Ukrayna prezidenti Vladimir Zelenski üçün ABŞ-ın növbəti dövlət başçısının kim olmasının fərqi yoxdur, çünki bu vaxta qədər o, artıq olmayacaq və Rusiya ilə münaqişə Moskvanın qələbəsi ilə başa çatacaq.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ ordusunun keçmiş kəşfiyyatçısı Skott Ritter “Gegenpol” YouTube kanalına müsahibəsində deyib.

"Əgər Tramp gələn ilin noyabrında keçiriləcək seçkilərdə qalib gəlsə, 2025-ci ilin yanvarında keçiriləcək inauqurasiya mərasiminə qədər hələ prezident olmayacaq. Sizi əmin edirəm ki, o vaxta qədər Zelenski artıq Ukrayna prezidenti olmayacaq", - ekspert bildirib.

Ritter hesab edir ki, Ukrayna prezidenti öz dövlətinə qlobal dəstəyin azaldığını başa düşür, ona görə də var gücü ilə onu geri qaytarmağa çalışır. Lakin keçmiş kəşfiyyatçının qeyd etdiyi kimi, bunu etmək çətin olacaq, çünki Kiyevin ölkə daxilində çoxlu problemləri var.

Bundan əlavə, ekspert vurğulayıb ki, hazırda ölkənin hərbi və siyasi rəhbərliyi arasında parçalanma getdikcə artır - Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Zelenskinin etdiklərini bəyənmir, Zelenskinin isə xoşuna Zalujnının hərəkətləri gəlmir.

 

 

 

 

Diaspora