XİN: Aİ Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiyasına müdaxilə edir

XİN: Aİ Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiyasına müdaxilə edir backend

Avropa İttifaqı (Aİ) Qarabağda yaşayan erməni sakinlərinin Azərbaycana reinteqrasiya prosesinə müdaxilə edir.

Apa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarının mətbuat katibi Peter Stanonun səsləndirdiyi fikirlərə dair şərhində bildirilib.

Bildirilib ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin şəxsi qərarları əsasında Ermənistana miqrasiyası ilə bağlı Aİ nümayəndəsinin erməni sakinlərin hüquq və təhlükəsizliyi üzrə beynəlxalq mexanizm yaradılması təşəbbüsündən söz açmasını Azərbaycanın reinteqrasiya prosesinə müdaxilə kimi qiymətləndiririk.

Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcəkdir.

Diaspora