Ukrayna prezident aparatının keçmiş müşaviri Aleksey Arestoviç Ukrayna lideri Volodimir Zelenski haqqında həqiqəti deyəcəyini bildirib.
Qaziler.az-ın “Gazeta.ru”ya istinadla verdiyi məlumata görə,“Pool N3” teleqram kanalında yayımlanan videomüraciətdə Aretoviç qeyd edir ki, Ukrayna liderinin son qərarları çaşdırıcıdır və məntiqlə izah edilə bilməz.
O qeyd edib ki, informasiya bombası gələn ilin əvvəlinə hazırlanır.
“Mən Zelenskiyə söz vermişdim ki, müdaxilə etməyəcəm, lakin bu yaxınlarda onun hərəkətlərinin sağlam məntiqə zidd olduğunu gördüm”, - deyə keçmiş müşavir bildirib.
Aretoviçin sözlərinə görə, Ukrayna hakimiyyəti Rusiya ilə hərbi münaqişədən pul qazanır. O, hərbi münaqişəyə son qoymaq üçün öz planını hazırladığını, ukraynalı generalların müəyyən nüfuzlu dairələrin dəstəyinə malik olduğunu vurğulayıb.
QAZİLER.AZ