Ukrayna prezidenti Volodimir Zelenski etiraf edib ki, Qərb müttəfiqləri Kiyevə yardımı dayandırarsa, Ukrayna Silahlı Qüvvələri geri çəkilməli olacaq.
Qaziler.az xəbər verir ki, bu barədə məlumat “Bloomberg”də dərc edilib.
Nəşrdə qeyd edilib ki, Ukrayna liderinin sözlərinə görə, xüsusən də Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Kiyev 155 mm-lik mərmiləri daha az almağa başlayıb.
“Hazırda diqqətimi Qərbdən kömək almağa yönəltmişəm. Onların (Qərb ölkələrinin) diqqəti Yaxın Şərqdəki vəziyyətə görə dəyişir. Onların dəstəyi olmasa, biz geri çəkiləcəyik”, - Zelenski deyib.
QAZİLER.AZ