Fələstinin HƏMAS hərəkatı girovların azad edilməsi ilə bağlı istənilən danışıqları dayandırıb.
Qaziler.az xəbər verir ki, məlumatı İsrailin Rusiyadakı səfiri Aleksandr Ben-Zvi “Rossiya 24” telekanalının efirində bildirib. Onun sözlərinə görə, HƏMAS da girovların tam siyahısını İsrail hakimiyyətinə təqdim etməyib.
“İndi bildiyimə görə heç bir danışıqlar yoxdur, HƏMAS öz təşəbbüsü ilə bunu dayandırıb”, - Ben-Zvi bildirib.
QAZİLER.AZ