Azərbaycan UNESCO-nun İnsan və Biosfer Proqramının Beynəlxalq Əlaqələndirmə Şurasına 2023-2027-ci illər üçün üzv seçilib.
Bu barədə Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi “X” sosial şəbəkədə məlumat yayıb.
“Təbrik edirik, Azərbaycan 110 səslə UNESCO-nun İnsan və Biosfer Proqramının (MAB) Beynəlxalq Əlaqələndirmə Şurasına 2023-2027-ci illər üçün üzv seçilib”, - nümayəndəlik diqqətə çatdırıb.