“İsrailin İordan çayının qərb sahilinə reydləri sülhlə bağlı dialoqa mane olur”.
Qaziler.az xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov RT-yə müsahibəsində deyib.
O xatırladıb ki, bu ərazidə hərbi əməliyyatlar formal olaraq aparılmır.
İcazənizlə İordan çayının qərb sahilini xatırladım, burada rəsmi olaraq heç kim hərbi əməliyyatlar elan etmədi. Lakin İsrail ordusu orada da reydlər keçirir və bu, sülhə keçidin başlanması üçün şərait yaratmır”, - Lavrov bildirib.
QAZİLER.AZ