Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moldova prezidenti Maya Sandunun yalan danışaraq, Moskva ilə Kişinyov arasında ortaq müzakirə mövzularının olmadığını bildirib.
Qaziler.az bu barədə “Nyus.ru”ya istinadla xəbər verir. Onun sözlərinə görə, Rusiya Federasiyası respublika ilə dialoqun inkişafının tərəfdarıdır.
“Maya Sandu sadəcə yalan danışır, o, hər şeyi elə təqdim etməyə çalışır ki, sanki iki ölkənin danışacaq heç bir şeyi yoxdur. Bu yalandır, bunun başqa tərifi yoxdur”, - Zaxarova bildirib.
QAZİLER.AZ