Avstriya Azadlıq Partiyasının lideri Herbert Kikl respublikanın hazırkı hökumətindən Ukraynanın Avropa İttifaqına daxil olmasına qarşı çıxmağı tələb edib.
Qaziler.az bu barədə “Nyus.ru”ya istinadla xəbər verir.
Siyasətçinin fikrincə, əgər bunu etməsələr, o zaman onların səhvini ölkənin yeni rəhbərliyi düzəldəcək.
"Mən Avstriya federal hökumətindən aydın mövqe - üzvlük danışıqlarının başlamasına və nəticədə Ukraynanın Avropa İttifaqına daxil olmasına qarşı Avstriyanın veto qoymasını tələb edirəm. İndi. Bu rəsmi şəkildə edilməlidir. Tamamilə aydındır”, - o, deyib.
QAZİLER.AZ