Xalq artisti Putinin etibarlı nümayəndəsi olmaq üçün könüllü oldu

Xalq artisti Putinin etibarlı nümayəndəsi olmaq üçün könüllü oldu backend

“Rusiya keçmiş liderlərinin onu sürüklədiyi böhrandan yalnız Vladimir Putinin sayəsində çıxıb”.

Qaziler.az xəbər verir ki, bu sözləri Böyük Moskva Dövlət Sirkinin baş direktoru, Rusiyanın xalq artisti Edqard Zapaşnı “NEWS.ru”ya müsahibəsində deyib. O, müvafiq təklif daxil olacağı təqdirdə, qarşıdan gələn seçkilərdə dövlət başçısının etibarlı nümayəndəsi olmağa hazır olduğunu bildirib.

“Mən bundan sonra da liderimizi və Ali Baş Komandanımızı hər şeydə dəstəkləməyə hazıram. Əgər bundan sonra da Vladimir Vladimiroviçin sirdaşı olmaq şərəfinə nail olsam, bu dəvəti məmnuniyyətlə qəbul edəcəyəm”, - Zapaşnı deyib.

Onun fikrincə, Putin sayəsində Rusiya öz yolunu tapıb və beynəlxalq arenada öz maraqlarını müdafiə etməkdən çəkinmir.

QAZİLER.AZ

Diaspora