“Ermənistan hakimiyyəti yavaş-yavaş postsovet inteqrasiya strukturlarından çıxmaq proseduruna başlayıb”.
Qaziler.az “Rambler.ru”ya istinadla xəbər verir ki, bunu Vladimir Novikov Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasında iştirakdan imtina etməsinin səbəbini belə adlandırıb.
“Bu o deməkdir ki, cənab Paşinyan və bütövlükdə Ermənistanın hazırkı rəhbərliyi KTMT-dən başlayaraq bütün postsovet inteqrasiya strukturları ilə münasibətləri kəsmək proseduruna başlayıblar”, - deyə o bildirib.
Novikov qeyd edib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan KTMT Təhlükəsizlik Şuraları katiblərinin sammitində iştirak etməyib. “Beləliklə, Ermənistan tərəfi bu strukturlardan geri çəkilməyə başlayıb”, - ekspert əmindir.
Qeyd edək ki, Ermənistanın baş nazir Nikol Paşinyan Belarus lideri Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sessiyasında iştirak edə bilməyəcəyini bildirib.
QAZİLER.AZ