Peskov Paşinyana: "Belə görüşlər yaxşı fürsətdir"

Peskov Paşinyana: "Belə görüşlər yaxşı fürsətdir" backend

“Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 23-də Minskdə keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etməmək qərarından təəssüflənir”.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Nikol Paşinyanın KTMT-nin iclasında iştirakdan imtina etməsinə münasibət bildirərkən səsləndirib. O bildirib ki, belə görüşlər fikir mübadiləsi üçün yaxşı fürsətdir.

“Əgər həqiqətən də belədirsə, o zaman təəssüf hissini ifadə etmək olar. Biz həm də başa düşürük ki, hər bir hökumət başçısı və ya dövlət başçısının iş qrafikində öz tədbirləri, işləri ola bilər", - Kreml nümayəndəsi bildirib.

Qeyd edək ki, Ermənistanın baş nazir Nikol Paşinyan Belarus lideri Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sessiyasında iştirak edə bilməyəcəyini bildirib. 

QAZİLER.AZ