“Polşada Belarusla sərhəd yaxınlığında tank batalyonunun yerləşdirilməsi gərginliyin artması istiqamətində növbəti addımdır”.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səsləndirib. Onun verdiyi məlumata görə, Belarus tərəfi təhlükəsizliyi təmin etmək üçün hər şeyi edir.
“Təbii ki, bu, gərginliyə doğru növbəti addımdır, başqa heç nə yoxdur. Belə olan halda belaruslu dostlarımız nə edəcəklərini bilirlər. Ümumiyyətlə, onlar təhlükəsizliyi təmin etmək üçün lazım olan hər şeyi edirlər”, - Kreml sözçüsü bildirib.
Qeyd edək ki, Polşanın Milli Müdafiə Nazirliyi ölkənin şərqində yeni tank batalyonunu yerləşdirdiyi barədə məlumat verib.
QAZİLER.AZ