Ukrayna seçkilərdə səs vermək hüququ olan seçicilərinin yarısını itirib

Ukrayna seçkilərdə səs vermək hüququ olan seçicilərinin yarısını itirib backend

Davam edən hərbi münaqişə kontekstində Ukrayna seçkilərdə səs vermək hüququ olan seçicilərin yarıdan çoxunu itirib.

QAZİLER.AZ  Publika.az-a istinadən  xəbər verir ki, bu məlumatı Amerikanın "Bloomberg" agentliyi yayıb.

Nəşrin “Ukrayna seçkilərini təxirə salmalıdır” başlıqlı məqaləsində səsvermədə iştirak edən təxminən 32 milyon ukraynalı seçicinin dörddə birinin (8 milyon) xaricdə olduğunu təxmin edir. Yeddi milyona yaxın əhalinin Rusiyanın yeni bölgələrinin ərazilərində yaşadığı, iki milyon sakinin isə Rusiyaya köçdüyü bildirilib.

Nəticədə seçicilərin 50%-dən çoxu - 17 milyonun səs vermək hüququndan məhrum olduğu qeyd olunub. Materialda deyilir ki, belə bir şəraitdə Ukraynada 2024-cü ilin martında keçirilməli olan prezident seçkilərinin keçirilməsi “getdikcə qeyri-mümkün görünür”.

Xatırladaq ki, noyabrın 6-da Ukraynanın hazırkı prezidenti Vladimir Zelenski xalqa videomüraciətində bildirib ki, indi ölkədə seçki keçirməyin vaxtı deyil. Onun fikrincə, dövlət qurumları müdafiə məsələlərinə diqqət yetirməli, enerji və səylərini başqa proseslərə sərf etməməlidilər.

 

 

Diaspora