Saakaşvili həbsxanaya qaytarılacaq

Saakaşvili həbsxanaya qaytarılacaq backend

Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib ki, eks-prezident Mixail Saakaşvili həkimlərin müvafiq qərarı aldıqdan sonra həbsxanaya qaytarılacaq.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, məmurun bu barədə açıqlaması "Sputnik Gürcüstan" Teleqram kanalında yayıb.

Breqadzenin sözlərinə görə, respublikanın məhkum olunmuş sabiq rəhbərinin səhhəti kəskin şəkildə yaxşılaşır və onlar onu geri qaytarmağı planlaşdırırlar.

Qeyd edək ki, 2022-ci ilin may ayından Saakaşvili Vivamedi klinikasında, ondan əvvəl isə hərbi xəstəxanada və həbsxana xəstəxanasında saxlanılır. Eks-prezident iki illik həbs həyatının ancaq altı ayını kamerada keçirib.

 

 

Diaspora