ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ağ Evin hazırkı rəhbəri Co Baydeni növbəti dəfə ittiham edib.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə Tramp "Univision Noticias"a müsahibəsində bildirib. Sabiq prezidentin sözlərinə görə, Baydenin xarici siyasəti üçüncü dünya müharibəsinə səbəb ola bilər. 77 yaşlı siyasətçi hesab edir ki, bu gün dünyada əsas təhlükə qlobal istiləşmə deyil, “nüvə istiləşməsi”dir.
“Təhlükə qlobal istiləşmə deyil. Bu nüvə istiləşməsidir. Bu, ölkəmiz üçün, hər bir ölkə üçün ən böyük təhlükədir”, - Tramp bildirib.
Eks-prezident həmçinin Baydenlə bağlı bir neçə insidenti xatırladaraq Ağ Evin hazırkı rəhbərinin səriştəsiz olduğunu qeyd edib.
“Pilləkənləri qalxa bilmir. O, iki cümləni birləşdirib danışa bilmir. Və bu şəxs Putin və sədr Si Cinpin ilə bizim adımızdan onlarla danışıqlar aparır”, - Tramp qeyd edib.