Düşmənlərimiz məqsədinə çatmayacaq - Əliyev

Düşmənlərimiz məqsədinə çatmayacaq - Əliyev backend

Əvvəlki illərdə də biz regiondankənar qüvvələrin İranla Azərbaycan arasında dostluq münasibətlərinə müdaxilə etmək cəhdlərinin şahidi olmuşuq.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə Daşkənddə görüşü zamanı deyib.

Bu cəhdlərin nəticəsiz qaldığını vurğulayan dövlət başçısı bildirib:

"Əminəm ki, indi də düşmənlərimiz öz məqsədlərinə çatmayacaqlar. İran və Azərbaycan bundan sonra da uğurla əməkdaşlıq edəcək və münasibətləri gücləndirəcəklər".

 

 

Diaspora