İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, admiral Cüzeppe Kavo Draqone İrəvana gedib.
QAZİLER.AZ APA-ya istinadən xəbər verir ki, səfər çərçivəsində Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşən Draqone müdafiə tərəfdaşlığı və regional təhlükəsizlik məsələlərini müzakirə edib.
Qeyd edək ki, oktyabrın sonunda İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cüzeppo Kavo Draqone Bakıda səfərdə olub. Görüşlərdə İtaliya ilə Azərbaycan arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.