Avropa Komissiyası Gürcüstana Avropa İttifaqı (Aİ) namizədi statusu verilməsini tövsiyə edəcək.
QAZİLER.AZ APA-ya istinadən xəbər verir ki, Azadlıq radiosunun gürcü dili xidməti Brüsseldəki mənbələrinə istinadən bu barədə xəbər yayıb. Bildirilib ki, Avropa komissarları Gürcüstana namizəd statusunun verilməsinə razılaşıblar.
Bundan başqa Avropa Komissiyasının Ukrayna və Moldovanın üzvlük müzakirələrinə başlaması üçün yaşıl işıq yandıracağı qeyd olunub.
Qeyd edək ki, Avropa Komissiyası bu gün Aİ-nin genişlənməsi ilə bağlı illik hesabatını təqdim edəcək. Sənədin Gürcüstanla bağlı hissəsində namizəd statusunun əldə edilməsi məqsədilə Tbilisiyə təqdim edilmiş 12 tövsiyə, həmçinin islahatlarla bağlı qiymətləndirmə yer alacaq.