İsrailin müdafiə naziri Yoav Qallant ölkənin Qəzza zolağında humanitar atəşkəs yaratmağa razılaşmaq üçün şərtini açıqlayıb.
Qaziler.az bildirir ki, bu barədə TASS israilli siyasətçiyə istinadən xəbər verir.
Qallantın sözlərinə görə, Qəzzada saxlanılan girovlar geri qaytarılmadan humanitar atəşkəs olmayacaq.
“Son vaxtlar biz getdikcə “humanitar pauza” sözlərini eşidirik. “Sizə demək istəyirəm ki, mənim üçün humanitar fasilə ilk növbədə girovlarımız, ilk növbədə qadınlarımız, uşaqlarımız və qocalarımız deməkdir”, - israilli nazir açıqlayıb.
QAZİLER.AZ