İki Avropa ölkəsi Ukraynaya yardım edilməsinə qarşı çıxıb

İki Avropa ölkəsi Ukraynaya yardım edilməsinə qarşı çıxıb backend

Macarıstan və Slovakiya hesab edir ki, Ukrayna münaqişəsi sülh yolu ilə həll edilməlidir, ona görə də Ukrayna Silahlı Qüvvələrinə silah verilməsi qəbuledilməzdir.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu açıqlamanı Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto mətbuat konfransında bildirib. Onun sözlərinə görə, münaqişə hərbi yolla həll olunmayacaq.

“Biz Ukraynada sülh istəyirik, silah tədarükündə Ukrayna münaqişəsinin həllini görmürük və qeyri-qanuni miqrasiya dalğalarını dayandırmaq istəyirik”, - Siyarto vurğulayıb.

Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, hazırda hər iki ölkənin hakimiyyət orqanları Avropa İttifaqı ilə bağlı ən mühüm məsələlərdə ortaq fikrə gəliblər. Budapeşt və Bratislava Brüsselin yeni miqrasiya strategiyasına qarşı çıxıb.

QAZİLER.AZ

Diaspora