Fələstinin HƏMAS hərəkatı Rusiya və İsrailin ikili vətəndaşlığı olan iki girovun olduğunu müəyyən edib.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bunu qrupun Siyasi Bürosunun üzvü Əbu Mərzuk BBC-yə müsahibəsində bildirib. O qeyd edib ki, İsrail tərəfindən döyüşlər getdiyi üçün onları azad etmək mümkün olmayıb.
“Əgər israillilər döyüşü dayandırsalar... onda biz onları Qırmızı Xaça təhvil verə bilərik”, - deyə Mərzuk bildirib.
HƏMAS sözçüsü həmçinin hərəkatın bütün məhbusları azad edəcəyinə söz verib. Bu, yalnız döyüşlər tamamilə dayandıqdan sonra baş verəcək.
Qeyd edək ki, İsrail tərəfinin məlumatına görə, Qəzza zolağında 240-a yaxın adam girov saxlanılır.
QAZİLER.AZ