İordaniya hökuməti Fələstin xalqının Qəzza zolağından və ya İordan çayının qərb sahilindən çıxarılmasına yönəlmiş istənilən cəhdi müharibə elanı kimi qiymətləndirmək niyyətindədir.
Qaziler.az “RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə krallığın baş naziri Bəşər əl-Xasauna bildirib.
O qeyd edib ki, insanları Qəzza zolağından və ya İordan çayının qərb sahilindən zorla köçürmək istəyi “qırmızı xətt”dir. Eyni şey fələstinlilərin bu ərazilərdən çıxarılması üçün qəsdən şəraitin yaradılması da aiddir.
"İordaniya bunları müharibə elanı kimi qiymətləndirəcək", - Nazirlər Kabinetinin sədri vurğulayıb.
QAZİLER.AZ