Fələstinin baş naziri Muhamməd Ştaye BMT-ni iyunun 1-də qeyd olunan Uşaqların Beynəlxalq Müdafiəsi Gününü ləğv etməyə çağırıb.
Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir. O, bu bəyanatı Fələstin-İsrail münaqişəsi zamanı Qəzza zolağında minlərlə azyaşlının qətlindən sonra verib.
Baş nazir BMT-yə Fələstində öldürülmüş uşaqların fotoşəkillərini dərc etməyi təklif edib. Ştaye həmçinin Yəhudi Dövlətinin Qüds və İrs üzrə Naziri Amixaya Eliyahunun Qəzzada nüvə silahının mümkün istifadəsi ilə bağlı bəyanatını pisləyib.
"Mən BMT-ni Qəzza zolağında minlərlə uşağın öldürülməsindən sonra Uşaqların Müdafiəsi Gününü ləğv etməyə çağırıram", - deyə fələstinli Baş nazir bildirib.
QAZİLER.AZ