Pekin: Fələstində sülhün bərqərar olması üçün hər cür səy göstərəcəyik

Pekin: Fələstində sülhün bərqərar olması üçün hər cür səy göstərəcəyik backend

BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə Çin Fələstində sülhün bərqərar olmasına fəal töhfə vermək niyyətindədir. Hazırda Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri Fələstin-İsrail münaqişəsi ilə bağlı daha bir qətnamə layihəsi hazırlayır.

Qaziler.az TASS-a istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin deyib.

Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Çin tərəfi BMT Təhlükəsizlik Şurasına növbədənkənar sədrliyi dövründə Fələstində sülhün bərpası üçün hər cür səy göstərəcək.

O, Pekinin böhranın həllinə və mülki şəxslərin müdafiəsinə yönəlmiş məsuliyyətli və mənalı addımlar atacağını və bu məsələlərdə beynəlxalq ictimaiyyətlə qarşılıqlı əlaqədə olacağını izah edib. Diplomat həmçinin əlavə edib ki, Fələstin problemi “iki xalq üçün iki dövlət” planına uyğun olaraq həll edilməlidir.

QAZİLER.AZ

Diaspora