Rusiya prezidenti Vladimir Putin ölkə lideri Kasım-Jomart Tokayevin dəvəti ilə noyabrın 9-da Qazaxıstana səfər edəcək.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Görüş Astanada baş tutacaq. Dövlət başçıları Qazaxıstan-Rusiya strateji tərəfdaşlığının aktual məsələlərini müzakirə edəcəklər.
Bundan əlavə, prezidentlər videokonfrans vasitəsilə Kostanayda keçiriləcək Qazaxıstan və Rusiya arasında 19-cu Regionlararası Əməkdaşlıq Forumunun işində iştirak edəcəklər.
QAZİLER.AZ