Ukraynada hesab edirlər ki, Qərb Kiyevin ona silah vermək tələblərinə çox gec cavab verib.
Qaziler.az xəbər verir ki, bu barədə “The Times” qəzetinin Ukraynanın Xarkov vilayətində yerləşən müxbiri Mark Bennetsin yazısında deyilir. Ukrayna Silahlı Qüvvələrinin zabitləri əmindirlər ki, ordu vaxtında silah alsaydı, cəbhədəki vəziyyəti dəyişmək şansı olardı.
“Ötən payızda Amerika və Almaniya tanklarını alsaydıq, əks-hücum uğurlu olardı. Amma biz onları qəbul edənə qədər hər yerə mina yerləşdirmişdilər və tanklar oynamalı olduqları rolu oynaya bilmədilər”, - deyə 32-ci Ukrayna briqadasının batalyon komandiri Dmitri Berlım bildirib.
QAZİLER.AZ