Bakı ilə İrəvanı müqayisə etdi - ermənilər qəzəbləndi

Bakı ilə İrəvanı müqayisə etdi - ermənilər qəzəbləndi backend

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycanla Ermənistanı iqtisadi baxımdan müqayisə edib.

QAZİLER.AZ  Axar.az-a istinadən  xəbər verir ki, o, Azərbaycanın indiki şəraitdə böyük iqtisadi potensiala malik olduğunu bildirib.

“İqtisadi potensial - gəlin müqayisə edək: Azərbaycanın 10 milyon əhalisi var, Ermənistanın isə deyirlər ki, üç milyondur. Amma biz dəqiq bilirik ki, belə deyil – Ermənistanda maksimum 2 milyon insan var. Azərbaycan iqtisadi və maliyyə baxımından əhəmiyyətli üstünlüyə malikdir”, - Patruşev Rusiya Forumu çərçivəsində keçirilən “Bilik” cəmiyyətinin marafonunda deyib.

Qeyd edək ki, ermənilər bu müqayisəni Ermənistanın aşağılanması kimi qəbul ediblər.

 

 

Diaspora