Fələstinin HƏMAS hərəkatı Türkiyənin İsraildən səfirini geri çağırmaq qərarını alqışladığını bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazır.
Qeyd edilib ki, Türkiyə Xarici İşlər Nazirliyi Təl-Əvivdəki səfir Şakir Torunların Qəzza zolağındakı vəziyyətlə bağlı məsləhətləşmələr aparmaq üçün vətəni Ankaraya geri çağırılmasına qərar verdiyini açıqlayıb. Bununla belə, İsrail Xarici İşlər Nazirliyi bildirib ki, Türkiyənin bu qərarı Ankaranı HƏMAS-a daha da yaxınlaşdırır.
Həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahunu artıq “öz həmsöhbəti” hesab edə bilməyəcəyini bildirib.
Türkiyə liderinin sözlərinə görə, beynəlxalq diplomatiya sahəsində münasibətlərin tam kəsilməsi mümkün deyil.
QAZİLER.AZ