“NATO-nun yaradılmasında məqsəd ilkin olaraq Rusiyanı sıxışdırmaq olub”.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya sərgisi və forumu çərçivəsində Bilik Cəmiyyəti marafonunda deyib.
"Hamımızın sevdiyi Şimali Atlantika Alyansı NATO-dur: 1949-cu ildə o, hələ Sovet İttifaqını sıxışdırmaq üçün, ölkəmizi əllərində saxlayacaq bir maşın kimi yaradılmışdır", - Peskov deyib.
O qeyd edib ki, Rusiyanı Sovet İttifaqından ayırmır, çünki Rusiya Federasiyası SSRİ-nin hüquqi varisidir.
Peskov həmçinin bildirib ki, Rusiya güclü ölkədir və gücünə hər gün yeni elementlər əlavə edir.
QAZİLER.AZ