Misir Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin səbəbini açıqlayıb

Misir Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin  səbəbini açıqlayıb backend

“Qəzza zolağında münaqişənin hazırda kəskinləşməsi Fələstin probleminin həll olunmaması və onun əsasının tapılmamasının nəticəsidir”.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu fikirləri Misirin xarici işlər naziri Sameh Şukri ABŞ dövlət katibi Antoni Blinkenlə birgə mətbuat konfransında çıxışı zamanı bildirib. Diplomat tərəfləri dərhal atəşkəsə çağırıb.

Nazir bildirib ki, Qəzza zolağında indiki görünməmiş eskalasiya Fələstin probleminin köklü həll olunmamasının nəticəsidir.

Şukri deyib ki, dünya ikili standartlara əsaslanaraq qlobal təhlükəsizliyi təhdid edən problemləri həll etməyi dayandırmalıdır. O, münaqişənin mülki əhaliyə təsirini yumşaltmaq üçün Qəzzada dərhal atəşkəs əldə etməyə və iki müstəqil dövlətin - Fələstin və İsrailin yaradılması üçün sülh prosesinin yenidən başlamasına çağırıb.

QAZİLER.AZ

Diaspora