Kuleba Rusiya ilə aparılan GİZLİ DANIŞIQLAR barədə sualı cavablandırdı

Kuleba Rusiya ilə aparılan GİZLİ DANIŞIQLAR barədə sualı cavablandırdı backend

“Kiyev Moskva ilə gizli danışıqlar aparmır və bunda heç bir məna görmür”.

Qaziler.az xəbər verir ki, bu sözləri Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba Almaniyanın ZDF telekanalında bildirib.

Belə ki, Ukrayna və Rusiya arasında qapalı qapılar arxasında danışıqların aparılması ilə bağlı jurnalistin sualına Kuleba “xeyr” deyə cavab verib.

Kulebanın sözlərinə görə, əgər Rusiya Federasiyası respublikanın şərtlərini, o cümlədən Ukrayna prezidenti Volodimir Zelenskinin sülh düsturunu yerinə yetirməyə hazır deyilsə, o zaman danışığın mənası yoxdur.

Qeyd edək ki, “The Washinton Post” Rusiya və Ukraynanın gizli şəkildə danışıqlar aparmasına dair məlumat paylaşıb.

QAZİLER.AZ

Diaspora