Ağ Evin mətbuat katibi Karin Jan-Pyer ABŞ-ın Ukraynaya hərbi dəstəyi azaltdığını bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Ukraynanı mümkün qədər uzun müddət dəstəkləmək üçün Pentaqonun inventarından daha kiçik hərbi texnika paketlərini Ukraynaya köçürməyə başlayırıq”, - Jan-Pyer deyib.
O, həmçinin Konqresi prezident Co Baydenin Ukraynaya güclü dəstək göstərmək üçün 60 milyard dollarlıq təklifini təsdiqləməyə çağırıb.
QAZİLER.AZ